BDU Coğrafiya fakültəsi TEC-in aktiv üzvləri ilə görüş

Noyabr ayının 22-də saat 11:00 da BDU Coğrafiya fakültəsinin 410 saylı auditoriyasında BDU Coğrafiya fakültəsi TEC-in aktiv üzvləri ilə görüş keçiriləcəkdir.
Görüşdə "nəzəri biliklərdən təcrübədə istifadə olunması", "Coğrafi İnformasiya Sisteminə dair biliklərin inkişaf etdirilməsi", "layihələrin hazırlanması məsələsi" və s kimi məsələlər müzakirə ediləcəkdir. Görüşdə ingilis dilini inkişaf etdirmək üçün danışıq dərslərinin təşkili kimi məsələlər də nəzərdə tutulmuşdur.

Tələbələrin aktiv iştirakı gələcək addımlar üçün vacibdir. Hər bir tələbə CV-ni hazırlayıb görüş zamanı TEC-ə təqdim etsin ki, hər birinizin potensialınız bilinsin. 
Görüş zamanı növbəti addımlar müəyyən ediləcək və bu istiqamətdə fəaliyyətə başlanılacaq.

Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyəti