İsmayılov Vüsal

İsmayılov Vüsal Hakim oğlu

Doktorant, Coğrafiya fakültəsi,

Hidrometeorologiya kafedrası,  Fiziki okeanoqrafiya ixtisası.

E-mail:[email protected]

QISA BİOQRAFİK MƏLUMAT

1986-cü il aprelin 26-da Azərbaycan Respublikası, Neftçala rayonunda ziyalı ailəsində anadan olmuşdur. Orta təhsilini 1993-2004-ci illərdə Neftçala rayonunda, 1 saylı orta məktəbdə almışdır. Subaydır.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

  • 2004-cü il, Lənkəran Dövlət Universiteti, Coğrafiya fakültəsi, bakalavriat pilləsi, bakalavr.
  • 2010-cu il, Bakı Dövlət Universiteti, Coğrafiya fakültəsi, Hidrometeorologiya kafedrası, Fiziki okeanoqrafiya ixtisası, magistratura pilləsi, magistrant.
  • 2013-2017-cu illər, Bakı Dövlət Universiteti, Coğrafiya fakültəsi, Hidrometeorologiya kafedrası, Fiziki okeanoqrafiya ixtisası, doktorant.
  • 2012-ci il, Bakı Dövlət Universiteti və Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyası tərəfindən birgə  layihə çərçivəsində təşkil olunmuş 7 aylıq təlim kurslarında tyutor, Rəqəmsal sertifikat fərqlənmə A

ƏMƏK FƏALİYYƏTİ 

2008-2009-cu illər Hərbi xidmət.

  • 2012-ci il oktyabr ayından və hal hazırda, Tyutor (Boloniya prosesi üzrə akademik məsləhətçi)
  • Bakı Dövlət Universiteti, Coğrafiya fakültəsi.

TƏDQİQAT SAHƏSİ

Xəzər dənizində temperatur anomaliyaları.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

1.”Orta Xəzərin qərb sailllərinin səth axınlarının rejimi”  “İcmaları - əhalini, iqtisadiyyatı və ətraf mühiti mühafizəyə hazırlamaqla yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin qarşılıqlı fəaliyyəti” mövzusunda Beynəlxalq Elmi – Praktik Konfransın Materialları

2.”Abşeron dəniz rayonunda küləklərin tədqiqi  “Azərbaycan Respublikasında Regionların inkişafının coğrafi məsələləri” mövzusunda təşkil olunan bakalavr və magistrantların XVI elmi konfransı ulu öndər,ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu il dönümünə həsr olunmuşdur.