Xarici ölkələrin iqtisadi və sosial coğrafiyası
Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası kafedrası 1961-ci ildə iqtisadi və sosial coğrafiya kafedrası bazasısında yaradılmışdır. 2004-cü ildən Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrası adlanır. 1961-ci ildən 1980-ci ilədək kafedraya görkəmli coğrafiyaşünas alim, professor Hadı Bədəl oğlu Əliyev rəhbərlik etmişdir. Prof. H.B.Əliyevin kafedraya rəhbərlik etdiyi dövrdə elmi-pedaqoji kadr hazırlanması, elmi-tədqiqat və tədris-metodiki işlərin təşkilində, ali və orta məktəb dərsliklərinin yazılmasında mühüm işlər görülməklə yanaşı, Azərbaycan Coğrafiya Cəmiyyətinin yaradılması və onun fəaliyyətinin istiqamətləndirilməsində, respublikanın ictimai-siyasi həyatında böyük xidmətləri olmuşdur. O, 1979-cu ildə «Əməkdar elm xadimi» fəxri adına layiq görülmüşdür.
1980-1989-cu illərdə kafedraya c.e.n., dos.Aydın İsmayıl oğlu İbrahimov rəhbərlik etmişdir. Həmin dövrdə kafedranın kadr potensialı artmış, iki nəfər elmlər namizədi dissertasiya müdafiə etmişdir (R.İ.Abbasov, H.B.Soltanova). 1980/1981-ci tədris ilindən 1990-cı ilədək kafedrada «Diyarşünaslıq və turizm-ekskursiya işinin təşkili» üzrə mütəxəssis hazırlığı, 1986-1987-ci illərdə isə A.İ.İbrahimovun rəhbərliyi ilə respublikada turizm sektorunun inkişafı məqsədilə tədqiqat işləri aparılmışdır. 1990-cı ildən c.e.d. A.İ.İbrahimov Türkiyənin ali məktəblərində fəaliyyət göstərir. Monoqrafiya, dərs vəsaitləri, regional inkişaf problemlərinə dair çoxsaylı məqalələrin müəllifidir.
1989-1992-ci illərdə kafedraya c.e.n. prof. Cabir Ağali oğlu Məmmədov rəhbərlik etmişdir. C.Məmmədov Yaxın vaə Orta Şərq regionunun iqtisadi, sosial və siyasi coğrafiyasının öyrənilməsində mühüm işlər görmüşdür. Həmin dövrdə kafedrada 2 dərslik, 4 monoqrafiya, fənn proqramları və metodik göstərişlər, 30 məqalə nəşr edilmişdir.
1992-1996-cı illərdə kafedrada müdür vəzifəsini c. e. n. dos. Gülsabah Abdul qızı Hacıyeva icra etmişdir. 1996-cı ildən kafedranın müdiri c.e.n. dos.Həbibə Bayraməli qızı Soltanovadır. Kafedrada 2001-ci ildən «Turizm və sosial-mədəni servis xidməti» ixtisası üzrə kadr hazırlanır. Bakalavr və magistratura təhsil pəllələri üçün tədris proqramları, metodik göstərişlər, azərbaycan dilində dərslik və dərs vəsaitləri nəşr olunmuşdur. 1997-ci ildən magistr təhsil pilləsində kafedra 2 istiqamətdə – «Ölkəşünaslıq və beynəlxalq turizm», «Dünyanın iqtisadi və sosial coğrafiyası», 2004-cü ildən isə «Turizm və sosial-mədəni servis xidməti» ixtisası üzrə magistr hazırlığına başlanılmışdır.
Kafedrada elmi kadrların hazırlığına xüsusi fikir verilir. Son 5 ildə 1 nəfər elmlər doktoru (N.G.Məmmədov) və 2 nəfər elmlər namizədi (G.C.Cəfərova və E.Y.Ələkbərli) dissertasiya müdafiə etmişdir. Hazırda kafedranın 3 aspirantı və 3 dissertantı vardır. Kafedra əməkdaşları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin turizmmlə bağlı tədbirlərində işitirak edir. Turizm ixtisası alan bəzi tələbələr xarici ölkələrdə (ABŞ, Türkiyə, Kipr) təcrübə keçirlər.
Kafedranınəməkdaşları:
1. H.B.Soltanova c.e.n., dosent,kafedra müdiri
2. C.A. Məmmədov c.e.n., professor
3. N.G.Məmmədov c.e.d., professor
4. G.A.Hacıyeva c.e.n., dosent
5. Ə.S.Məmmədova c.e.n., dosent
6. E.B.Nuriyev c.e.n., dosent
7. R.İ.Umudova c.e.n., dosent
8. İ.İ.Əhmədova c.e.n., baş müəllim
9. G.A.Sultanova baş müəllim
10. V.S.Dərgahov müəllim
11. F.M.Hüseynzadə baş müəllim
Tədris olunan əsas fənlər :
Bakalavr pilləsi :
Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası
Peşə etikası və etiget qaydaları
Turizm və marketinq
Turizmin əsasları
Turizm və biznes
Rekreasiya coğrafiyası
Turizmin hüquqi əsasları
Diyarşünaslıq və turizm
Beynəlxalq turizmin tarixi və coğrafiyası
Beynəlxalq turizmin iqtisadiyyatı
Turist marşrutları və ekskursiya işi.
Turizm və mehmanxana təsərrüfatı
Azərbaycanda turizm və onun inkişaf problemləri
Azərbaycanın kurort təsərrüfatı
Turizmdə menecment
Turizmdə informasiya texnologiyası
Magistratura pilləsi :
Turizmin problemləri
Azərbaycanda mehmanxana təsərrüfatı
Turizmdə reklam
Turizm-ekskursiya işinin təşkili metodikası
Ölkəşünaslığın nəzəri əsasları
Beynəlxalq turizmin coğrafiyası
Dünyanın kurortları
Beynəlxalq turizmin təşkili və iqtisadiyyatı
Turizm coğrafiyasının əsasları
Dünyanın iqtisadi və sosial coğrafiyasının nəzəri əsasları
Qərb ölkələrinin iqtisadi və siyasi coğrafiaysı
Dünya sənayesinin coğrafiyası
Dünya maşınqayırma sənayesinin coğrafiyası
Yaxın və Orta Şərq ölkələrinin siyasi, iqtisadi və sosial problemləri
Kafedranın elmi istiqamətləri :
Azərbaycan Respublikasında turizmin inkişafının perspektivləri və regional problemlər.
Coğrafiya və turizm sahəsində elmi kadrların hazırlanması
Kafedranın son illərdəki elmi nəşrləri :
Məmmədov C.A., Soltanova H.B., Rəhimov S.H. Beynəlxalq turizmin coğrafiyası, Bakı, 2002
Məmmədov C.A.Avrasiyanın İslam dövlətləri. Dərs vəsaiti. Bakı,2000
Məmmədov C.A., Rəhimov S.H.Turizm və onunla əlaqəli sahələrdə işlədilən termin və anlayışların izahlı lüğəti. Bakı, 2000
Məmmədov C.A., Gərayzadə T.P. Qərbi Avropa dövlətləri. Dərs vəsaiti. Bakı, 2001
Məmmədov C.A. Geosiyasət. Dərs vəsaiti. Bakı, 2005
Soltanova H.B., Ağakərimov M.M., Babazadə S.İ.Mehmanxana təsərrüfatı. Bakı, 2005
Məmmədov C.A., Bilalov B.Ə. Azərbaycanda gəlmə turizm və onun inkişaf yolları, Bakı, 2004
Soltanova H.B., Hüseynova Ş.H. – «Turizmin əsasları». Dərs vəsaiti, Bakı, 2007
Məmmədov N.G. – «Toponimika». Dərslik, Bakı, 2007
Kafedranın Elmi hesabatları
Kafedranın hesabatı (2006-2008)
Əlaqə
Ünvan: akademik Zahid Xəlilov küçəsi - 23
Indeks: AZ 1148
BDU, Əsas bina, Coğrafiya fakültəsi
Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası
tel: (012) 510-09-74