İqtisadi və sosial coğrafiya

Kafedranın tarixi: İqtisadi və sosial coğrafiya kafedrası professor Əbdürrəhim Məmmədiyə oğlu Hacızadənin yaxından iştirakı ilə 1960-cı ildə təşkil olunmuş və 1989-cu ilədək ona rəhbərlik etmişdir. Yarandığı gündən kafedra iqtisadi və sosial coğrafiyanın elmi-tədqiqat, tədris və ixtisaslı kadr hazırlığının mərkəzinə çevrildi. 1990-cı ildə kafedraya prof. N.A.Babaxanov rəhbərlik etmişdir. 1991-ci ildən hal-hazırki dövrə qədər kafedraya prof. T.G.Həsənov rəhbərlik edir.