Tələbə həyatı
BDU-da tələbələrin ictimai həyatda iştirakını və asudə vaxtlarının səmərəli keçməsini təşkil etmək üçün bir sıra təşkilatlar fəaliyyət göstərir. Bu təşkilatlardan Tələbə Elmi Cəmiyyəti, Tələbə-Gənclər təşkilatı, Azad Tələbə Həmkarlar ittifaqı Komitəsi daha fəaldırlar. Digər fakültələrdə olduğu elmi, coğrafiya fakültəsinin tələbələri də Universitetin ictimai və siyasi həyatında fəal iştirak edirlər.
Bunlardan fakültə Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinə aşağıdakılar daxildir:
- Tələbələrin elmi fəaliyyət marağının artması ilə bağlı tədbirlər.
- İntellektual oyunların təşkili
- Respublika fənn olimpiadalarında tələbələrin iştirakının təmini.
- Fakültədaxili yarışların keçirilməsi
- Əlaçı və yaxşı oxuyan tələbələrin öz istəklərinə uyğun kafedralara istiqamətləndirilməsi.
- Elmi seminar və konfransların təşkili, fəal tələbələrin bu konfranslarda iştirakının təmin edilməsi.
- Konfrans materiallarının (topluların) nəşr edilməsi.
Fakültə Tələbə-Gənclər təşkilatının fəaliyyətinə aşağıdakılar daxildir:
- Tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi
- Tələbələr arasında maarifləndirmə işlərinin aparılması
- Tələbələrin idmanın müxtəlif növlərinə aid təşkil edilən universitet, ali məktəblər arası Respublika olimpiadalarında iştirakı.
Fakültə Azad Tələbə həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə aşağıdakılar daxildir:
- Tələbələrin sosial problemlərinin həlli
- Tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi
- Tələbələrin nizam-intizamının möhkəmləndirilməsi, dərsə davamiyyət, yataqxana ilə təminatı məsələləri.
Fəal tələbələrin elmi və təşkilatı fəaliyyəti-ali məktəb tələbələrinin Respublika fənn olimpiadalarında, Azərbaycan coğrafiyası üzrə keçirilən olimpiadalarda və Tələbə Elmi Cəmiyyətinin xətti ilə təşkil edilən konfranslarda iştirakları təmin olunur.