Əhlimanov Ramiz

Əhlimanov Ramiz Miraga o.

Geodeziya və kartoqrafiya kafedrasının dosenti
İş telefonu:539-09-74

QISA BIOQRAFIK MƏLUMAT

1949-cu il may ayının 1-də Şamaxı şəhərində anadan olmuşdur.1955-66-cı illərdə şamaxı şəhəhər 1 N-li orta məktəbində oxuyub.1966-71-ci illərdə BDU-nun geologoya- coğrafiya fakultəsinin əyani şöbəsində ali təhsil alıb.1971-74-cü illərdə AMEA-nın akademik H.Əliyev adına Coğrafiya institutunda kartoqrafiya ixtisası üzrə aspiranturada təhsil alıb

TƏHSİLİ,ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI

1966-71-ci illərdə BDU-nun geologoya-coğrafiya fakultəsinin əyani şöbəsində ali təhsil alıb.
1971-74-cü illərdə AMEA-nın akademik H.Əliyev adına Coğrafiya institutunda kartoqrafiya ixtisası üzrə aspiranturada təhsil alıb 
1974-cü ildə kartoqrafiya ixtisası üzrə aspiranturanı bitirib.
1980-ci ildə „Landşaftların kartoqrafik –riyazi metodla təhlili“mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Hal-hazırda „Təbii-ərazi kompleksi və onun komponentlərinin kartoqrafik-aerokosmik metodla tədqiqi“ mövzusunda doktorluq işi üzərində işləyir.

ƏMƏK FƏALİYYƏTİ

1974-ci ildən 1991-ci ilədək AMEA-nın akademik H.Əliyev adına Coğrafiya institutunda baş laborant.mühəndis, mühəndis-kartoqraf,kiçik elmi işçi,baş elmi işçi vəzifələrində işləmişdir.
1990-cı ildən BDU-nun „Geodeziya və kartoqrafiya „ kafedrasının dosentidir.1991-ci ildən BDU-nun Coğrafiya fakultəsinin tədris işləri üzrə dekan müavinidir. 
Kartoqrafiya,kartometriya və morfometriyanın əsasları , Kartoqrafiya tarixi, xəritələrin bədii tərtibatı fənnlərini tədris etmişdir.
60-dan artıq elmi məqalənin müəllifidir

TƏDQİQAT SAHƏSİ

Kartoqrafiya,kartometriya və morfometriyanın elmi nəzəri və təcrübi məsələləri.

BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI

2003-ci ildə Bakı,Azərbaycan, „H.Ə.Əliyevin 80-illik yubileyinə həsr olunmuş elmi konfransı“
2005-ci il ildə Bakı,Azərbaycan,“Coğrafiya fakultəsinin 80-illik yubileyinə həsr olunmuş elmi konfransı“
2007-ci il Bakı,Azərbaycan,“prof.M.A.Müseyibovun 80-illik yubileyinə həsr olunmuş elmi konfransı“
2012 - ci il Bakı, Azərbaycan , prof. M. A. Museyibovun 85 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi - praktik konfrans

KİTABLAR

"Морфометрический анализ ландшафтной структуры