Hidrometeorologiya
Hidrologiya , okeanologiya , meteorologiya və iqlimşünaslıq ixtisasları üzrə milli kadrlaraböyük ehtiyac olduğundan , BDU-nun Coğrafiya fakültəsində Coğrafiya ixtisasına qəbul olunmuş tələbələrdən 1971-ci ildən ixtisaslaşma yolu ilə hidrometeoroloq kadrların hazırlığına başlanmışdır.
1973-cü ilin noyabr ayında isə Fiziki coğrafiya kafedrasının bazasında Hidrometeorologiya kafedrası təşkil edilmişdir. Bu kafedraya 1973-cü ildən 1990-cı ilə qədər c. e n., prof. Nəriman Adil oğlu Vəliyev rəhbərlik etmişdir. N.A.Vəliyev 60-dan çox elmi məqalə, dərslik və bir neçə elmi-metodiki göstərişin müəllifi olmuşdur.
1990-cı ildən 2004-cü ilə qədər kafedraya c.e.d., prof. Maqbet Ədil oğlu Məmmədov rəhbərlik etmişdir. Fiziki coğrafiyanın mühüm istiqamətlərindən biri olan qurunun hidrologiyasının müxtəlif sahələri onun tədqiqat obyekti idi. O, çay axımının müxtəlif ünsürlərinin hesablanma üsullarını işləmiş, onların məkan-zaman dəyişkənliyinin qanunauyğunluqlarını aşkar etmişdir. 150-dən artıq elmi əsərin müəllifi olan M.Ə.Məmmədov elmi məktəb yaratmışdır. O, 4 elmlər doktoru, 5 elmlər namizədi yetişdirmişdir.
1991-1992-ci tədris ilindən «Meteorologiya və iqlimşünaslıq» və «okeanologiya» ixtisasları Universitetin nomenklaturasına daxil edilmişdir. Kafedranın məzunları Milli Hidrometeorologiya Departamentinin, AZAL-ın meteoroloji qurumlarında işləyirlər.
2004-cü ildən kafedraya c.e.d., prof. Fərda Əli oğlu İmanov rəhbərlik edir. Kafedrada həmçinin yüksək ixtisaslı kadrların hazırlınmasına böyük diqqət yetirilir.Kafedranın əməkdaşlarından 3 nəfər doktorluq, 2 nəfər isə namizədlik dissertasiyası müdafiə etmişdir. Daha 4 aspirant və dissertant da namizədlik dissertasiya işlərini uğurla yerinə yetirmişlər. Hazırda kafedranın 5 aspirantı və 3 dissertantı var.
Kafedranın əməkdaşları BMT-nin İnkişaf Proqramı, NATO, Avropa Komissiyasının TACİS Proqramı, ABŞ-ın USAİD Təşkilatı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meliorasiya və Su Təsərüffatı Açıq Səhmdar Cəmiyyətinin yerinə yetirildiyi layihələrdə iştirak edir.
Kafedranın əməkdaşları :
F.Ə.İmanov c.e.d., prof., kafedra müdiri
R.N.Mahmudov c.e.d., professor;
M.S.İsgəndərov t.e.n., dosent
İ.M.Abdullayev f-r.e.n.,
Ə.S.Məmmədov f-r.e.n., dosent
Ə.Ə.Həsənəliyev k.t.e.n., dosent;
S.B.Əsədov c.e.n., müəllim;
İ.S.Əliyeva c.e.n., dosent;
Ə.N.Əliyeva baş müəllim;
Tədris olunan əsas fənlər:
Bakalavr pilləsi:
Hidrologiya ixtisası:
Qurunun hidrologiyası;
Azərbaycanın hidroqrafiyası;
Hidroloji proqnozlar.
Meteorologiya və iqlimşünaslıq ixtisası:
Fiziki meteorologiya;
İqlimşünaslıq;
Sinoptik meteorologiya və hava proqnozları.
Okeanologiya ixtisası :
Ümumi okeanologiya;
Xəzərin hidrometeorologiyası;
Dalğa dinamikası və dəniz cərəyanları.
Magistratura pilləsi :
Su ehtiyatlarının idarə olunması;
Ekohidrologiya;
Hidroloji prosesləri riyazi modelləşdirmə;
Qlobal iqlim dəyişmələrinin çay rejiminə təsiri;
Atmosferin ümumi sirkulyasiyası;
Xəzərin dalğa rejimi;
Azərbaycanın aqroiqlim ehtiyatları və rayonlaşdırılması;
Okeanoloji prosesləri riyazi modelləşdirmə;
Aviasiya meteorologiyası.
Kafedranın elmi istiqamətləri :
Hidrologiya;
Meteorologiya və iqlimşünaslıq;
Okeanologiya.
Kafedranın son illərdəki elmi nəşrləri :
1.Məmmədov M.Ə. «Azərbaycanın hidroqrafiyası», Bakı,2002;
2.Məmmədov M.Ə., İmanov F.Ə. «Ümumi hidrologiya», Bakı,2003;
3.İmanov F.Ə. «Çay axımı» Bakı, 2002;
4.Mahmudov R.N. «Hidroloji proqnozun əsasları», Bakı,2002;
5.Məmmədov Ə.S. «Dinamiki meteorologiya», Bakı, 2005;
6.İmanov. F.Ə., Fətullayev H.Y., «Hidroloji terminlər lüğəti», Bakı, 2005.
HESABATLAR
Hirometeorologiya kafedrasının 2008-ci il üzrə elmi hesabatı
Əlaqə vasitələri:
Ünvan: akademik Zahid Xəlilov küçəsi - 23
Indeks: AZ 1148
BDU, Əsas bina, Coğrafiya fakültəsi
Hidrometeorologiya kafedrası
tel: +(99412) 566 50 34