Geodeziya və kartoqrafiya

Bakı Dövlət Universitetində geodeziya və kartoqrafiya fənlərinin tədrisi əməkdar elm xadimi, professor Məmməd Hüseyn oğlu Əliyevin adı ilə bağlıdır. 1954- cü ildə bu fənlərdən dərs demək üçün Rizvan Xanəmi oğlu Piriyev universitetə dəvət olunur. R.X.Piriyev 1958-ci ildə namizədlik, 1969-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş və 1972-ci ildə professor adına layiq görülmüşdür. 
1972-ci ildə fakültədə Geodeziya və kartoqrafiya kafedrası yaradıldı və professor R.X. Piriyev həmin kafedranın müdiri vəzifəsinə seçildi. O, bu vəzifədə ömrünün sonunadək (1988) çalışmışlar.
Prof. R.X. Piriyevin Azərbaycanda Geodeziya kartoqrafiya  elminin inkişafında, eləcə də  bu sahədə kadr hazırlığında əvəzsiz xidməti olmuşdur. Onun kafedraya rəhbərlik etdiyi dövrdə 1974-ci ildən başlayaraq «kartoqrafiya» ixtisası üzrə mütəxəssis hazırlığına başlanılmışdır. Prof. R.X. Piriyev 10- dan çox elmlər namizədi yetişdirmişdir ki, onlardan da 4 nəfəri hazırda BDU-nun Geodeziya və kartoqrafiya kafedrasında dosent vəzifəsində çalışır. 
R.X. Piriyev 5 dərslik və dərs vəsaitinin, 1 monoqrafiya, 60-dan çox elmi məqalələrin, o cümlədən, ilk dəfə azərbaycan dilində «Kartoqrafiya» (1964:1975) dərsliyinin müəllifidir.

1988-2011 illərdə Geodeziya və kartoqrafiya kafedrasına t.e.n., dos. Rafiq Əliheydər oğlu Babayev rəhbərlik etmişdir O, 1965-ci ildə Moskva Geodeziya, Aerofotoplanalma və Kartoqrafiya Mühəndisləri İnstitutunu «kartoqrafiya» ixtisası üzrə bitirmiş, 1977-ci ildə isə həmin ixtisasdan namizədlik dissertasiyası müdafiə etmişdir. R.Ə. Babayevin rəhbərliyi ilə 2 elmlər namizədi, 15 magistr hazırlanmışdır.

R.Ə. Babayev 1 monoqrafiya 80-dan çox elmi məqalə, tezis, metodik göstəriş və fənn proqramlarının müəllifidir. Elmi əsərləri əsasən kartometriyanın nəzəri məsələlərinə həsr olunub. Azərbaycanın landşaft, geomorfologiya, əhali və sənaye xəritələrinin tərtibində həmmüəllif kimi iştirak etmişdir. 
2011 –ci ildə Geodeziya və kartoqrafiya kafedrasına texnikia elmləri doktoru, professor Məqsəd Hüseyn oğlu Qocamanov rəhbərlik edir. O, ali təhsilin bütün pillələrini: institut (1977-1982), aspirantura (1986-1989) və doktoranturanı (2002-2005) Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetində keçmişdir. M.H.Qocamanov  geodeziya və kartoqrafiya elmi sahəsində elmlər doktoru elmi dərəcəsinə layiq görülmüş ilk və yeganə azərbaycanlıdır. Onun elmi fəaliyyəti ali geodeziya, kosmik və peyk geodeziyası, geodeziya ölçmələrinin riyazi hesablanması və peyk texnologiyaları əsasında, müasir geodeziya şəbəkələrinin yaradılması,CİS və kadastr sistemlərinin yaradılması, aerokosmik və məsafədən zondla tədqiqat metodları dəniz geodeziyasınin elmi və elmi-praktik problemlərin həlli ilə bağlıdır. O, ali məktəblər üçün üç dərsliyin, iki monoqrafiya 12 000 sözdən ibarət rusca- azərbaycanca terminoloji lüğətin, çox saylı metodik göstəriş və fənn proqramlarının, 100 elmi məqalənin müəllifidir.

«Geodeziya» ixtisası üzrə doktoranturaya qəbul imtahanının proqramı

Kafedranın əməkdaşları:

kafedra müdiri M.H.Qocamanov t.e.d., prof

R.M.Əhlimanov c.e.n., dos
R.V.Bayramov t.e.n., dos
Z.A.Bağmanov t.e.n., dos
M.M.Mehbaliyev c.e.n., dos
Ə.T.Talıbov c.e.n., dos
M.K.Orucov b/müəllim
Z.A.Əsgərova müəllim

İsmayılova Nigar Sabit qızı, baş laborant; c.e.n. 
Quliyeva Gülnisə Mahmud qızı, baş laborant.

Kafedrada kadr hazırlığı istiqaməti : 
Kafedrada ölkə ərazisinin geodeziiya təminat sisteminin yaradilması və topoqrafik cəhətdən öyrənilməsi və yerin fiziki səthinin xəritələşdirilməsi sahəsində çalışa biləcək geodeziya və kartoqrafiya istiqaməti üzrə kadrların bakalavriat (05.06.40.-Geodeziya və xəritəşilik mühəndisliyi) və magistratura (TM 240001-tərbiqi geodeziya) pillələrində hazırladığı həyata keçirilir.

Tədris olunan əsas fənlər:
Bakalavr pilləsi:

İxtisaslaşma, Xəritəçilik

Geodeziya; 
Kartoqrafiya; 
Ümumcoğrafi xəritələrin layihələndirilməsi və tərtibi; 
Kartometriya və morfometriyanın əsasları; 
Aerokosmik tədqiqat üsulları və fotoqrammetriya; 
Ekoloji kartoqrafiya. 

Magistratura pilləsində:

İxtisaslaşma: TM 240001- tətbiqi geodezira

Ali geodeziya
Müasir geodeziya öıçmə texnologiyaları
Deformasiyaların geodeziya üsulları ilə öyrənilməsi
Tematik xəritələrin riyazi əsasları və məzmun elementləri
Kadastr xəritələrinin tətbiqi.

İxtisaslaşma: TM240005- Xəritəşilik

Tematik xəritələrin layihələndirilməsi və tərtibi; 
Tematik xəritələrin riyazi əsasları və məzmu elementləri; 
Morfometrik xəritələrin riyazi- statistik təhlili; 
Ekoloji xəritələrin tərtibi metodikası; 
Kartoqrafik tədqiqat üsulları 

Kafedranın elmi istiqamətləri:

Təbii komplekslərin və onların komponentlərinin aerokosmik materiallar  və Coqrafi informasiya sistemlərinin tətbiqi ilə  tədqiqi və kartoqrafik təhlili; 
Peyk texnologiyasından istifadə əsasında müasir geodeziya  təminatı və monitorinqi sisteminin yaradılması; 
Geodeziya və kartoqrafiya sahəsində elmi kadrların hazırlanması. 

Kafedranın son illərdəki elmi nəşrləri:

Qocamanov M.H., Bağmanov Z.A, Geodeziya ölçmələrinin riyazi hesablanması- Bakı, 2001; 
Qocamanov M.H. Geodeziya, kartoqrafiya və aerofototopoqrafiya terminləri lüğəti – Bakı, 2000 ; 
Талыбов А.Т. Картографический анализ ландшафтно-экологического условия Абшеронского 
полуострова – Баку, 2004; 
Байрамщв Р.В. Геодезтя и картография. Учевное пособе.-Баку,2006.
Годжаманов М.Г. Реконструкция и развитие государственной геодезической сети с исполъзованием спутниковых технологий – Москва – Бакы, 2008; 
Ахлиманов Р. М. Морфометрический анализ ландшафтной структуры (на примере территории Азербайджанской Республики – Баку, 2008). 
Годжаманов М.Г. Геодезическтй  мониторинг и обеспечение работ  на ьоре. – Москва- Баку,2009;
Qocamanov M.H. Hərbi topoqrafiya. – Bakı, 2009;
Бабаев Р.А. Исследования способов измерения длин извилистых линий путлов наклона методом моделирования.-Баку,2009;

Bayramov R.V. Geodeziyanın əsasları və kartoqrafiya .-Bakı, 2010;
Talıbov Ə.T. Coğrafiyanın əasaları.-Bakı, 2012.
Qocamanov M.H. Geodeziya ölçmələrinin hesablanması və tarazlaşdırılması. – Bakı, 2012;
 

Tədris proqramlar

Xəritəçilik bakalavr pilləsi üçün proqram toplusu. Bakı,2008.
Xəritəçilik magistr pilləsi üçün proqram toplusu. Bakl, 2006

 

Hesabatlar

Geodeziya və kartoqrafiya kafedrasının 2009-2011-ci illər üzrə elmi hesabat
2011-ci il üçün Elmi hesabat.

 

Əlaqə

Ünvan: akademik Zahid Xəlilov küçəsi - 23
Indeks: AZ 1148 
BDU, Əsas bina, Coğrafiya fakültəsi
Geodeziya və karyoqrafiya kafedrası
tel: (99412)- 538-01-70